06 noyabr 2024 19:00
96

COP29 iştirakçıları üçün metrodan və avtobusdan istifadə pulsuzdur

9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Bakı Metropoliteni" QSC-dən isə verilən məlumatda bu gündən 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olacağı bildirilib.

Məlumata görə, metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.