06 noyabr 2024 22:44
79

Qələbəsini elan edən Trampa təbrik mesajları

ABŞ-da keçirilən president seçkilərində Respublikaçılar Partiyasının namizədi, sabiq prezident Donald Tramp qələbəsini elan etdikdən sonra dünya liderləri tərəfindən təbrik mesajları paylaşılıb.

“İki sahil”in məlumatına görə, Trampı ilk təbrik edən liderlərdən biri Macarıstan prezidenti Viktor Orban olub. O, Trampın qələbəsini "ABŞ siyasi tarixində ən böyük geri dönüş" kimi xarakterizə edib və dünya üçün çox lazım olan qələbə adlandırıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Donald Trampı təbrik edib. O qeyd edib: "Birləşmiş Millətlər Təşkilatı dünyamızın üzləşdiyi dramatik problemləri həll etmək üçün yeni administrasiya ilə konstruktiv işləməyə hazırdır".

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Tramp alyansın möhkəm saxlanmasında əsas rol oynayacaq.

Avropa Komissiyasının sədri Ursula Van Der Leyen güclü transatlantik gündəm üçün Trampla birlikdə çalışacaqlarını bildirib.

HƏMAS isə Trampı Baydenin səhvlərindən dərs almağa çağırıb.

Ukrayna prezidenti Vlodimir Zelenski təbrik mesajında ​​Trampın “güc yolu ilə sülh” yanaşmasının onları “ədalətli sülhə” yaxınlaşdıra biləcəyi qeyd edilib.

Kreml Rusiyanın konstruktiv dialoqa açıq olduğunu bir daha vurğulayıb: "ABŞ administrasiyası bu anda diametral şəkildə buna qarşıdır. Yanvarda nə olacağını görəcəyik".

İran Trampın seçkilərdə qalib gəlməsinin Tehranı narahat etmədiyini bildirib. Qeyd edilib ki, onlar üçün ABŞ-da kimin prezident olacağı önəmli deyil.

Almaniya, İtaliya, İngiltərə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Cənubi Koreya və Yaponiyadan da Trampa təbrik mesajları paylaşılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”