Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadla bildirib.
Nəşrin müsahibinin sözlərinə görə, Harris həmçinin Trampla “hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini” müzakirə edib.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) demokrat, prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyi ilə bağlı çıxış edəcək.