“Otuz bir ildir ki, bu günü gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezident İlham Əliyev başda olmaqla xalqımız sağ olsun”.
“İki sahil” xəbər verir ki, bu sözləri doğma yurduna qayıdan Cəbrayıl sakini Emin Məmmədov söyləyib. O, xoş təəssürat hissi ilə Cəbrayıla getdiyini deyib.
"Cəbrayıldan məcburi köçkün düşəndə 21 yaşım var idi. Bu gün isə ailəmizlə birlikdə 53 yaşımda doğulub boya-başa çatdığımız yerlərdə yaşamağa gedirik",- deyə keçmiş məcburi köçkün bildirib.
İş yerinin Cəbrayılada olduğunu deyən E. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilər yenidən qurulur.