“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz onlara olan mənəvi borcumuzu heç zaman ödəyə bilmərik”.
“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıla qayıdan keçmiş məcburi köçkün Vidadi Hümbətov söyləyib.
O bildirib ki, Azərbaycan hər zaman imperialist güclərin maraq dairəsində olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə rəğmən öz ərazi bütövlüyümüzü və suverenliyinimizi təmin etdik.