Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
"İki dövlət, bir millət" anlayışı ilə kədər və sevinclə birləşdiyimiz Azərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününü təbrik edirik", - deyə o bildirib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar