Azərbaycanda 8-10 noyabr tarixlərində müşahidə ediləcək hava şəraiti açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Noyabrın 9-da yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Bundan başqa, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yasamalda yaşayış binasənda baş verən yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI
Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir