02 noyabr 2017 23:24
643

Evin hansı hissəsində internet daha yaxşı işləyir

Evinizdə internetin  işləmək keyfiyyəti daha çox onun  marşrutundan asılıdır.

Wi-fi siqnalını yaxşılaşdırmaq üçün bir neçə sadə mükəmməl vasitə mövcuddur. Ekspertlər bildiriblər ki, evdə internetin keyfiyyəti daha çox onun marşrut yerləşdirilməsindən  asılıdır.

İnternet aparatını harada   yerləşdirmək  daha yaxşıdır:

Evin  mərkəz hissəsində yerləşdirmək lazımdır

Əgər evin hər yerində internet şəbəkəsinin şkalasını görürsünüzsə deməli siz internet cihazını ideal yerdə yerləşdirmisiniz.

Onu döşəmənin üstünə qoymayın

Hansı modelə aid olmağından asılı olmayaraq, cihaz wi-fi siqnalını aşağıya doğru yayır. Buna görə də, əgər cihaz döşəmənin üstünə qoyulubsa deməli artıq siz siqnalın gücünün yarısını itirmiş olursunuz.  Bu siqnallar sizdən aşağıda yaşayan qonşuya ötürülür. Buna görə də, ən yaxşı yer tavandan aşağıda divarda yerləşdirməkdi.

Cihazı digər elektron əşyalardan uzaq qoyun

Bu əfsanə deyil, həqiqətdir. İstənilən elektron əşya istər kompyuter olsun, istərsən də televizor olsun wi-fi siqnalının yayılmasına maneə törədir. Buna görə də, əgər imkan varsa internet cihazını onlardan uzaq tutun.

Bundan başqa  vasitə üzərində iki antenin olması daha yaxşıdır. Belə ki, onlardan birini horizontal, digərini isə vertikal şəkildə qoysanız siqnal daha sürətli ötürüləcək. / Novosti.ru

Könül Əliyeva