Antalya Polis hadisənin intihar olduğunu bildirir
Türkiyədə bələdiyyə sədrinin 17 yaşlı oğlu evində güllələnib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, Antalyanın Muratpaşa Bələdiyyə sədri Ümit Uysalın oğlu E.U. evinin vanna otağında başından tapança ilə vurulmuş vəziyyətdə tapıldı. Qan içində gənci görən yaxınları öz imkanları ilə onu yaxınlıqdakı özəl xəstəxanaya çatdırıblar. Şüurlu şəkildə xəstəxanaya daxil olan E.U. əməliyyat olunub.
Yaralının həyati təhlükəsinin olmadığı və müalicəsinin davam etdiyi bildirilib.
Antalya Polis İdarəsinin hadisə ilə bağlı yaydığı açıqlamada deyilir ki, E.U.-nun intihara cəhd etdiyi müəyyən edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”