08 noyabr 2024 23:37
413

Türkiyənin milli müdafiə naziri: Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü bizim gücümüzdür

Türkiyə daim Azərbaycanın yanındadır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr - Zəfər günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir “İki dövlət, tək millət” anlayışını xatırladaraq deyib ki, hər iki qardaş ölkə tarix boynca sevinc və kədərlərini birlikdə yaşayıb, çətin zamanlarda bir-birilərinə dəstək olub:

“Türkiyə və Azərbaycan arasında başda müdafiə və təhlükəsizlik olmaqla bütün sahələrdə iş birliyi və həmrəylik var. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Y.Gülər vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir.