Azərbaycan xalqının milli bayramları - 8 Noyabr Zəfər Günü və Dövlət Bayrağı Günü Gürcüstanın Rustavi şəhərində də qeyd olunub.
“İki sahil” xəbər verir ki, hər iki bayram münasibətilə Rustavi Təhsil və Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə Rustavidə yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, Qaratəhlə və ətraf kəndlərin müəllim və şagirdləri də iştirak ediblər. Mərkəzin direktoru Raidə Dərziyeva, şair Güllü Tomarlı, ədib Rafiq Hümmət, “ERA” teatrının rəhbəri Anar Rafiqoğlu, Qaratəhlə ictimai məktəbinin direktoru Bəhram İsayev və başqaları Zəfər Gününün xalqımızın qəhrəmanlıq tarixindəki yerindən danışıb, Dövlət Bayrağı Gününü əhəmiyyətini qeyd ediblər.
Mərkəzdə təhsil alan şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər. Onların çıxışları tamaşaçıların qəlbində Azərbaycan sevgisini və vətənpərvərlik hisslərini daha da gücləndirib. R.Dərziyeva şagirdlərə “Xarı bülbül” döş nişanı hədiyyə edib.
Tədbirin sonunda şair Güllü Tomarlı öz kitablarını mərkəzə bağışlayıb.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari" haqqında
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib