Meksikanın mərkəzi Santyaqo de Keretaro şəhərində silahlı şəxslərin bara atəş açması nəticəsində 10 nəfər ölüb, ən azı 7 nəfər yaralanıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, silahlı şəxslər pikapla bara yaxınlaşaraq atəş açıblar.
“Los Cantaritos” barında törədilən hücumda 10 nəfər ölüb, ən azı 7 nəfər yaralanıb.
Keretaro Təhlükəsizlik Departamentinin rəisi Xuan Luis Ferruska silahlıların 4 nəfər olduğunu bildirib.
Bir şübhəlinin nəzarətə alındığını bildirən Ferruska, hücumda istifadə edilən avtomobilin tərk edilmiş vəziyyətdə yandırılmış vəziyyətdə tapılaraq bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”