10 noyabr 2024 17:10
129

Britaniyalı könüllü Rusiyaya qarşı döyüşərkən ölüb

Kornuoll ştatının Qunisleyk şəhərindən olan britaniyalı könüllü Kallum Tindal-Draper Ukraynanın Rusiyaya qarşı mübarizəsində əcnəbi könüllülər taqımı ilə xidmət edərkən ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd edilib ki, 22 yaşlı britaniyalının noyabrın 5-də öldürüldüyü zaman müşahidə məntəqəsini müdafiə etdiyi güman edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”