10 noyabr 2024 18:08
129

Qərb mediası Viktor Orbanın Avropada “Trampın müşaviri” kimi görür

“Reuters World News”un xüsusi buraxılışında Amerikanın yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsini necə idarə edə biləcəyi, bunun uzunmüddətli perspektivdə Amerika-Avropa münasibətlərinə necə təsir edəcəyini təhlil ediblər.

“İki sahil”in “Magyar Nemzet”a istinadən verdiyi məlumatına görə, verilişdə Tara Oakes, Reyçel Armstronq və Don Durfee indiyə qədər baş verən siyasi hadisələri müqayisə ediblər.

Müzakirə zamanı T.Oakes Viktor Orbanın (Macarıstan Baş naziri – red.) Avropada “Trampın müşaviri” sayıla biləcəyi və Trampın avropalılar üçün nə dərəcədə arzuolunan olduğu sualını qaldırıb. Reyçel Armstronq etiraf edib ki, Avropanın Trampın hörmət etdiyi və lazımi kommunikasiyaları həyata keçirməsi üçün yaxşı münasibətdə olduğu birinə ehtiyacı var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”