Milli Məclisin deputatı Vüqar Rəhimzadə Vətən müharibəsi şəhidləri - Şikarov Nəcəf Şikar oğlu və Vətən Müharibəsi Qəhrəmanı Noçuyev Surxay Əbdül oğlunun anım günündə məzarlarını ziyarət edib.
“İki sahil” xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib