11 noyabr 2024 10:32
97

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.

“İki sahil” xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar azalaraq 73,63 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar azalaraq 70,07 dollar təşkil edib.