Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
“İki sahil” xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.
O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.
Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB/FOTO