Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirilən görüşündə Gürcüstanla Azərbaycan arasında enerji və enerji təhlükəsizliyi sahəsində, eləcə də Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə İrakli Kobaxidze danışıqların yekunu üzrə Gürcüstan mətbuatına açıqlamasında bildirib.
“Bizi çox mühüm strateji layihələr birləşdirir, biz həm də bu istiqamətdə, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləyirik”, - Baş nazir deyib.
Kobaxidze qeyd edib ki, görüş çox mehriban və bütün mövzular üzrə məhsuldar keçib.
“Biz Gürcüstan-Azərbaycan münasibətləri, ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq, dostluq münasibətlərindən danışdıq. Sahəvi əməkdaşlıq, müxtəlif sahələrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək barədə söhbət etdik”, - o söyləyib.
Görüş zamanı həmçinin regionda təhlükəsizlik problemlərinə də diqqət yetirilib. Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinə mümkün qədər töhfə verməyə hazır olduqlarını təsdiqləyiblər.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir