Almaniyanın “Hoffenhaym” klubu baş məşqçisi Pelleqrino Materatsonla yolları ayırıb.
“İki sahil” Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın uğursuz çıxışları klub rəhbərliyinin bu qərarına səbəb olub.
Qeyd edək ki, “Hoffenhaym” 10 turdan sonra 9 xalla Almaniya Bundesliqasında 15-ci sırada qərarlaşıb. Amerikalı mütəxəssis 2023-cü ilin yayından "Hoffenhaym"ı çalışdırırdı.