"Fənərbaxça"nın bu qış heyətinə cəlb edəcəyi futbolçulardan biri bəlli olub.
“İki sahil” "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Boka Xuniors"dan Kristian Medinanı transfer edəcək.
Artıq futbolçu ilə hərtərəfli razılıq əldə olunduğu, argentinalı yarımmüdafiəçinin Joze Mourinyonun çalışdırdığı komandada oynamaq istədiyi bildirilib.
Medinanın bu istəyi isə klubunda yaxşı qarşılanmayıb. Onun bu səbəbdən son 4 oyunda meydana buraxılmadığı qeyd olunub.
"Fənərbaxça"nın 22 yaşlı futbolçu ilə yanbar ayında 5 illik müqavilə imzalayacağı da bildirilib.
Qeyd edək ki, Medina bu mövsüm "Boka Xuniors"da 30 matçda meydana çıxıb, 3 qol vurub, 3 qol ötürməsi edib.