Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub. Həmçinin rəqəmsallaşma istiqamətindəki layihələrə dair fikir mübadiləsi aparılıb.