"Liverpul" "Ayntraxt"ın futbolçusu Omar Marmuşu heyətə cəlb etmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. İngiltərə təmsilçisi artıq danışıqlara başlayıb. Lakin 25 yaşlı misirli hücumçu özünü Almaniyada xoşbəxt hiss edir və hələ keçidini planlaşdırmır. "Ayntraxt"ın futbolçu üçün 50 milyon funt istəyə biləcəyi qeyd olunur.
Qeyd edək ki, Omar Marmuş bu mövsüm "Ayntraxt"ın heyətində 16 oyuna çıxaraq 14 qol vurub və 10 qolun ötürməsini edib.