Bu ilin sonuna qədər Azərbaycanda 4 notarial hərəkətin elektronlaşdırılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Baş məhsul meneceri Fəridə Fərəcova bildirib.
"Bunlar, nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamə verilməsi, nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamə verilməsi, etibarnamələrə xitam verilməsi və qurumlarda təmsilçilik məqsədi ilə etibarnamə verilməsidir. Gələn il isə 14 notarial hərəkətin elektronlaşdırılması planlaşdırılır. Bununla da gələn ilin sonuna qədər elektronlaşdırılan notarial xidmətlərin sayı 18-ə çatdırılacaq", - deyə o qeyd edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir