Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi.
“İki sahil” xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.
O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökümət nümayəndəsi ilə müzakirə etdiyini bildirib.
"FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", - ali futbol qurumunun rəhbəri vurğulayıb.