13 noyabr 2024 15:29
141

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir

Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd edilib ki, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.

Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.