Noyabrın 15-də “Yaşıl artım portalı”nın açılışı olacaq.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə keçirilən yüksəksəviyyəli sessiyada deyib.
“İki gün sonra hər iki istiqamətdə işləmək üçün əsas vasitəyə çevriləcək “Yaşıl artım portalı” istifadəyə veriləcək. Portal yaşıl istehsalın və ticarətin inkişafı üçün nəyin maneə olduğunu və ya əksinə, nəyin nəticəsi olduğunu aydın şəkildə göstərən rahat mexanizm təqdim edəcək”, - deyə nazir bildirib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir