Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 13-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan ilə görüşüb.
Nazirlər Kabinetindən “İki sahil”ə bildirilib ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticari-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və cari ilin iyul ayında ölkə rəhbərləri tərəfindən qəbul edilmiş strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə xüsusilə qeyd olunub.
COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti üzrə Sammitində Çin Xalq Respublikasının xüsusi nümayəndəsi qismində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Din Süesyan ilə görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanaraq Azərbaycanın yaşıl enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub.
Görüşdə, həmçinin geniş gündəliyə malik əməkdaşlığımızın bir çox sahələrdə dərinləşməsi və yeni məzmunla zənginləşdirilməsi məqsədilə səylərin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir