Noyabrın 12-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Anqolanın Xarici Əlaqələr Nazirliyinin Dövlət katibi Esmeralda Mendonza arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan Respublikası və Anqola Respublikası arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.
Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Anqola Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir
Prezident İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu