Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirakına görə Kristalina Georgiyevaya minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə BVF arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə etdi, əməkdaşlığımızın böyük hissəsinin iqtisadi və maliyyə siyasəti üzrə məsləhətləşmələrdən ibarət olduğunu vurğuladı.
Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığın davam etdirilməsinin önəmini bildirən dövlətimizin başçısı xüsusən də Azərbaycanın COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə əlavə maliyyə təminatı üçün fəal şəkildə iş aparılacağını dedi.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Kristalina Georgiyeva bu tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurla başa çatacağına əminliyini bildirdi.
Kristalina Georgiyeva Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirlməsi üçün əlavə potensialın olduğunu qeyd etdi və ölkəmizi BVF vasitəsilə inkişaf etməkdə olan ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştiraka dəvət etdi.
Prezident İlham Əliyev bu istiqamətdə BVF ilə əməkdaşlıq təklifini müsbət qiymətləndirdi, qısa zamanda bunun üçün Azərbaycan tərəfindən zəruri addımların atılacağını dedi.
Söhbət zamanı ölkəmizlə BVF arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir
Prezident İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu