Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri 26,2 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 99 km cənub-şərqdə yerləşib. Mənbə 58 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”