15 noyabr 2024 23:30
101

ABŞ “Paseydon”u Avropaya göndərir

ABŞ Britaniya Hava Qüvvələrinin Şotlandiyadakı Lossimut aviabazasında “Boinq P-8A Poseydon” dəniz kəşfiyyat təyyarələrini yerləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Lossimut bazasının modernləşdirilməsi və yenilənməsi üçün 443 milyon dollar dəyərində layihə tamamlanıb: “NATO-da ən yaxın müttəfiqlərimizdən biri olan ABŞ qüvvələri ilə daim çiyin-çiyinə fəaliyyət göstəririk. Böyük Britaniyanın bazasında ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz patrul təyyarələrinin olması qüvvələrimizə dəniz təhlükəsizliyini maneəsiz şəkildə təmin etməyə imkan verir, krallığın və NATO-nun müdafiəsini gücləndirməyə kömək edir”.

Qeyd olunur ki, sözügedən baza həmçinin oktyabr ayında imzalanmış ikitərəfli Dərin Müdafiə Tərəfdaşlığı sazişi çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boinq P-8A Poseydon” təyyarələrini də qəbul edəcək.