Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda, şirkətlə birgə təlimlərin təşkili və Azərbaycanda regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək