16 noyabr 2024 10:50
85

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

Bu ilin yanvar-oktyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 82 min 513 elektron arayış alınıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, həmin arayışların 25 min 173-ü pensiya, 36 min 158-i müavinət və təqaüd, 11min 54-ü fərdi şəxsi hesab, 2 min 712-si ünvanlı dövlət sosial yardımı, 1211-i torpaq pay mülkiyyətçisi, 1828-i sosial sığorta şəhadətnamə nömrəsi, 1618-i şəhid ailəsi üzvü, 701-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1098-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 906-sı əlilliyi olan şəxslərə qulluq, 54-ü Milli qəhrəmanların ailə üzvü ilə bağlı olub.