18 noyabr 2024 00:06
90

“Le Figaro”: Paris və London da Rusiyaya zərbə endirməyə icazə verib

Fransa və Böyük Britaniya Ukraynaya uzaq mənzilli silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə veriblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilib ki, rəsmi Kiyev bu məqsədlər üçün "SCALP/Storm Shadow" raketlərindən istifadə edə biləcək.

Bayden Ukraynaya ATACMS-la Rusiya ərazisini vurmağa icazə verdi - NYT

atırladaq ki, bundan əvvəl “The New York Times” mənbələrə istinadən ABŞ Prezidenti Co Baydenin Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verməsi barədə məlumat yayıb.