Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın davamlı olaraq ikili standartlarla üzləşdiyini, eləcə də beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 il Ermənistanın işğalında qaldığını vurğulamaqla ölkəmizin haqq işinə də diqqət çəkdi. Lakin üzləşdiyi bütün çətinliklərə baxmayaraq Azərbaycan davamlı olaraq iqtisadi cəhətdən gücləndirilmiş, həyata heçirilmiş meqa layihələr nəticəsində çoxtərəfli əməkdaşlıqların qurulmasına nail olmuşdur. Ümumiyyətlə, Azərbaycan milli maraqları daxilində hər zaman istənilən ölkə ilə əməkdaşlıqda maraqlıdır. Həmçinin Azərbaycan dünyada işğaldan əziyyət çəkən, ikili standartlarla üzləşən ölkələrin də maraqlarının təmin olunmasına çalışır. Çünki Azərbaycan özü bu qeyd olunan problemlərlə üzləşmiş ölkədir. Odur ki, beynəlxalq ədalətin bərqərar olunmasında maraqlıdır. Ölkəmizin kiçik ada dövlətlərinə münasibəti də məhz bu konteksdərir. Heç şübhəsiz ki, dünya yalnız bəzi qərb dövlətlərindən ibarət deyil. COP29 çərçivəsində inkişaf etməkdə olan ada dövlətlərinin Sammitində Prezident İlham Əliyev bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Ölkə başçısının bu Sammitdə səsləndirdiyi fikirlər Azərbaycana qarşı qərəzli mövqe tutmuş Fransa və Niderland üçün həm də tutarlı cavab oldu. Fransa və Niderlandın işğalçılıq cinayətləri faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatların, Makron və Cozep Borrel kimi siyasətçilərin siyasi riyakarlıqları ifşa edildi.

Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Yaşıl enerji Azərbaycanın yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir
Kamaləddin Qafarov: Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı