Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olacaq.
5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir. Bu halda belə Azərbaycan millisi öz qrupunda sonuncu olacaq (Estoniya şəxsi oyunda bizdən üstün olduğu üçün), amma xalını 4-ə yüksəltməklə ən yaxşı nəticəyə malik iki qrup sonuncusundan biri olacaq. Bu isə milli komandaya D liqasına düşməmək üçün həmin liqanın iki qrup ikincisi ilə pley-off matçında iştirak imkanı yaradacaq.
UEFA Millətlər Liqası
C Liqası, VI tur
19 noyabr
23:45. İsveç - Azərbaycan
Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)
Solna, “Strouberri Arena”