19 noyabr 2024 10:16
78

Azərbaycanın U-17 yığması Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gələcək.

Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.

Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.