20 noyabr 2024 23:12
125

Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri və aradan qaldırılması... - Nəzəri-praktik təlim

Bakı Dövlət Universiteti (BDU) Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, həmin kafedranın "Tibbi Psixologiya" ixtisası üzrə elmlər doktorluğu proqramı üzrə doktorantı, klinik psixoloq, hipnoterapevt, APA (Amerika Psixoloqlar Assosiasiyası) və Beynalxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris) Kamilə Kazımova və psixoloq Fatimə Cəfərovanın "Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri və aradan qaldırılmasında psixoterapiya metodlarının rolu" adlı nəzəri-praktik təlimi keçirilib.

“İki sahil” xəbər verir ki, nəzəri-praktik təlimdə, Obsessiv kompulsiv pozuntunun klinik-psixoloji mahiyyəti, simptomları, inkişaf etməsində risk amilləri, formaları, obsessiv kompulsiv pozuntuların aradan qaldırılmasında psixoterapiya metodlarının rolu və digər məsələlərə geniş yer verilib. Həmçinin nəzəriyyəylə bərabər praktik məsələlər də yer alıb. O cümlədən, ağ ayı testi relaksasiya metodundan istifadə edilib.

Təlimdə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Psixologiya Elmləri doktoru, dosent Səxavət Əliyeva, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, Azərbaycan Respublikası Milli Məclisi Aparatının komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun məsləhətçisi, Dövlət qulluğunun müşaviri Elnurə Kərimova, Bakı Dövlət Universitetin əməkdaşları, tələbələri və Kamilə xanım və Fatimə xanımın digər dəvətçiləri tədbirdə iştirak ediblər.

Həmçinin Şərqşünaslıq fakültəsindən fiziki-məhdudiyyətli tələbə Yusifli Qüdrət də tədbirdə yer alaraq Fatimə Cəfərova ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra  Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Elçin Hüseynov, şəxsi inkişaf mütəxəssisi, uzman yaşam koçu Rəsmiyyə Namazova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və digər təlim iştirakçıları təlimdə çıxış ediblər. Onlar Kamilə Kazımova və Fatimə Cəfərovaya uğurlar arzulayıblar. BDU-nun Psixologiya kafedrasının saathesabı müəllimi və dissertantı Ülkər Qurbanova da uğurlar arzulayıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin Akademik məsləhətçisi, həmin universitetin Sosial iş kafedrasının saathesabı müəllimi Vüsalə Musayeva,  şairə Xatirə Muğan, klinik psixoloq Gülər Zaman  təbriklərini şatdırıblar.

Sonda sertifikatlar təqdim olunub.