İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “PowerChina Resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.
Nazirlikdən “İki sahil”-ə bildirilib ki, görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Respublikada bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.
Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər. “PowerChina Resources Ltd.” şirkəti ilə yaşıl enerji sahəsində potensial işbirliyi imkanları nəzərdən keçirilib. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir