Anti-Azərbaycan qüvvələrin gözlədiyinin əksinə olaraq ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəldi
Etiraf edək ki, bu gün Azərbaycan kimlərinsə istəyib-istəməməsindən asılı olmayaraq beynəlxalq miqyasda tanınan, konkret məsələlərlə bağlı mövqeyi nəzərə alınan bir dövlətdir. Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra geosiyasi nüfuzumuz və iqtisadi gücümüz daha da artıb. Bütün bunlarla bərabər, Azərbaycan həm də demokratik prinsiplərin inkişaf etdiyi və bəşəri dəyərlərə fəal inteqrasiyanı sürətləndirən bir dünyəvi dövlət statusuna sahib olub. Lakin bütün bu real siyasi mənzərənin əksinə olaraq Azərbaycanın dağıdıcı müxalifəti mövcud çoxşaxəli inkişafımızı görmək və qəbul etmək istəmir.
Xüsusilə, bu gün radikal müxalifətin öndə gedənləri -AXCP və Müsavat partiyasının «başbilən»ləri inkarçılıq və qarayaxma xarakterlərini daha çox büruzə verirlər. Onlar Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başlayan gündən həm ölkəmizə, həm də bu beynəlxalq tədbirə qarayaxmala məşğuldurlar. Xüsusilə AXCP sədri Əli Kərimli həm ölkəmiz, həm də bəşəriyyət üçün önəmli olan bu beynəxalq tədbirə kölgə salmaq üçün çoxsayılı avantüraya əl atır. O, COP29 ərəfəsindətədbirin boykot edilməsi üçün xaricdəki anti-Azərbaycan qüvvələrə çağırış edərək bildirirdiki, guya Azərbaycanda antidemokratik mühit mövcudur və bu səbəbdən də iştirakçıların tədbirədən imtina etməsi zəruridir. Adam hələ də anlamıır ki, bu, BMT-nin tədbiridir və ölkəmiz ev sahibliyi edir. Digər tərəfdən, onun qərəzli iddialarının önündə gələn əsas məsələ isə özündən uydurduğu «siyasi məhbus»larla bağlı nağılıdır.
Əlbəttə, indi Aərbaycanda siyasi məhbusun olmadığını hətta Əli Kərimlinin güvəndiyi anti-Azərbaycan qüvvələri də bilir. Məlumdur ki, AXCP sədrinin müdafiə etdiyi məhbusların hər biri konkret cinayət üzrə məsuliyyətə cəlb ediliblər. Lakin bu şəxslər məhz Qərbin Azərbaycanda qurduğu casus şəbəkəsinin üzvləri olduğu üçün «siyasi məhbus» qiyafəsində təqdim edilir. Anti-Azərbaycan qüvvələri Əli Kərimlinin dəstəyi ilə məsələni siyasiləşdirərək rəsmi Bakıya təzyiq etməyə çalışırlar. Bu məsələdə erməni lobbisinin aktiv fəaliyyəti də təsadüfi deyil. Çünki qondarma «siyasi məhbus» kimi təqdim etdikləri şəxslər həm də bu lobbinin, yəni erməni havadarlarının Azərbaycana qarşı planlarında fəal yer alır.
Hazırda AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və onların ətrafı Azərbaycan dövlətinin əleyhinə milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşmayan çirkin təbliğatlarını daha həvəslə davam etdirirlər. Əsas məqsəd qalib və qlobal nüfuzu gündən-günə artan Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, onun nüfuz dairəsini kiçiltməklə xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, ölkəmizdə siyasi sabitliyi pozmaqdır.
Ən dəhşətlisi isə odur ki, Əli Kərimli və İsa Qəmbər Azərbaycan əleyhinə kampaniyalarını xaricdə məskunlaşmış əqidəsi və məsləki məlum olmayan söyüşcü və böhtançı blogerlərin vasitəsi ilə həyata keçirirlər. Həmin blogerlər milli kimiliklərini o səviyyədə itiriblər ki, hətta nəinki hakimiyyəti, o cümlədən birbaşa xalqı, ölkənin ləyaqətli ziyalılarını söyürlər. Ona görə də el dilində deyildiyi kimi, «Ağası Gülüm olanan başına külüm olar»…
COP29 artıq başa çatmaqdadır. Ölkəmizə 100-ə yaxın dövlət başçısı, on minlərdə ekoloq alim, QHT rəhbərləri və xarici jurnalistlər gələrək sözügedən beynəlxalq tədbirdə fəal iştirak etdilər. Rəsmi məlumata görəCOP29-un iştirakçılarının saıy 72 mindən çox olub. Ancaq Əli Kərimli və onun təbliğat ruporu olan xarici blogerlər bu rəqəmə qısqanclıq göstərərk onu iki dəfədən çox azaltmağa çalışdılar. Onlar yalançı iddialarında bildirirlər ki, guya COP29 tədbirində cəmi 32 min adam iştirak edib.
Ümumiyyətlə bu dağıdıcılar həmişə ümummilli və taleyüklü məsələlərdə dövlətimizi heç vaxt dəstəkləməyiblər. Xatırladaq ki, həm İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə, həm də tarixi Qələbəmizdən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların hakimiyyətlə eyni hədəfə vurması faktı cəmiyyətimizdə müsbət qarşılandı. Xüsusilə hakimiyyətlə müxalifət partiyaları arasında yaranan əməkdaşlıq ölkəmizin, dövlətimizin siyasi və diplomatik imkanlarını qat-qat artırdı.
Lakin məhz AXCP ilə Müsavat Pariyası bu istiqamətdə nəinki addım atmadılar, əksinə həm hakimiyyəti, həm də digər siyasi təşkilatları qaralama kampaniyasına başladılar. Həmin partiyalarda fəaliyyət göstərən bəzi ağıllı insanlar gec də olsa dərk etməyə başladılar ki, belə avantürist ideoloji baxışlarla irəli getməsi mümkün deyildir. Ona görə də dağıdıcı düşərgəni tərk edənlərin sıraları hər gün daha da genişlənir. Dağıdıcı müxalifət partiyalarının sıravi üzvləri etiraf edirlər ki, onlar partiya sədrlərinin şəxsi ambisiyalarının qurbanlarına çevriliblər.
Elçin Zaman, İki sahil»