Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Gizirlər üçün 1-ci Beynəlxalq Liderlik Forumu” keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu beynəlxalq forumda iştirak edib.
Tədbirə Azərbaycan və Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Almaniya, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, İordaniya, İraq, İspaniya, İsveç, İtaliya, Küveyt, Qətər, Mərakeş, Misir, Nigeriya, Oman, Pakistan, Tunis, Türkiyə, Yaponiya və Yunanıstandan olan hərbi quluqçular da qatılıb.
Forumun keçirilməsinin məqsədi gizir heyətinin liderlik qabiliyyətinin inkişafı və effektiv rəhbərlik bacarıqlarının artırılmasıdır.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar