21 noyabr 2024 17:15
25

Kəlbəcər  Şəhəri  Günü

 2023-cü  il  iyulun 31-də Azərbaycan Respublikasının işğaldan  azad  edilmiş  əraziləri  üzrə şəhər  günləri  təsis  edilib. Prezident  İlham  Əliyev  bununla  bağlı  Sərancam  imzalayıb. Sərəncama  əsasən  hər  il aşağıdakı  günlər işğaldan  azad  edilmiş  ərazilərdəki  şəhərlərin  günləri   kimi təntənəli  şəkildə  qeyd  olunacaq.

    26  Avqust  Laçın  Şəhəri  Günü

     4  Oktyabr  Cəbrayıl  Şəhəri  Günü

      17 Oktyabr  Füzuli  Şəhəri  Günü

      20  Oktyabr  Zəngilan  Şəhəri  Günü

      25  Oktyabr  Qubadlı  Şəhəri  Günü

      8 Noyabr  Şuşa  Şəhəri  Günü

      20 Noyabr  Ağdam  Şəhəri  Günü

     25 Noyabr Kəlbəcər  Şəhəri  Günü

Kəlbəcərin  azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş  Komandanın, Prezident  İlham  Əliyevin siyasi  liderliyi , sərkərdəlik  qabiliyyəti  və Azərbaycan  Ordusunun Vətən  müharibəsindəki uğurlu  hərbi əməliyyatları  nəticəsində  mümkün  olub.

2020-ci  il  sentyabrın  27-də  Ermənistan  silahlı  qüvvələrinin cəbhədəki  təxribatının qarşısını  alan  Azərbaycan  Ordusu əks  hücumla  bir  neçə  rayonu,  yüzlərlə  kənd  və qəsəbəni düşməndən  azad  edib.   İşğalçı erməni  silahlı  birləşmələri ordumuzun  dəfedilməz  hücumu  qarşısında tab  gətirə  bilməyərək  xeyli  itki ilə  geri çəkilib. Bununla  da  27  il  işğal  altında  olan Kəlbəcər  rayonu  noyabrın  25-də qəsbkarlardan  azad  edilib, həmin  gün  Azərbaycan  Ordusunun  bölmələri  rayona  daxil  olub  və  orada üçrəngli şanlı bayrağımız  ucaldılıb.

2021-ci  ilin  avqustunda Prezident  İlham  Əliyev  və birinci  xanım  Mehriban  Əliyeva  Kəlbəcər  rayonunda  səfərdə  olublar. Dövlət  başçısı Kəlbəcər  şəhərində  Azərbaycan  bayrağını  ucaldıb.  2020-ci ilin  noyabrın  25-də Kəlbəcər  rayonunun işğaldan  azad  olunması  ilə yerli  əhalinin ümidləri  gərçəkləşdi.  Əlbəttə  ki  bu  tədbirlərdə torpaqlarımızın  azadlığı  uğrunda  canlarını  fəda  edən  şəhidlərimizin  əziz  xatirəsi  həmişə  yad  edilməlidir.  2020-ci  ilin  noyabrın  26-da “Kəlbəcərin  azad  olunmasına  görə”  medalı  təsis edildi. 9455  hərbi  qulluqçu medal ilə təltif olundu. Dövlətimiz torpaq uğrunda döyüşənlərin əməyini yüksək qiymətləndirdi.

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü