Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsalının ümumi dəyəri 643,7 milyon manat olub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 %, maşın və avadanlıqların istehsalı 43,2 %, nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.
Hesabat dövründə 4 433 ədəd və yaxud 1 il əvvələ nisbətən 86,6 % çox minik avtomobili istehsal olunub. Əvəzinddə traktorn istehsalı 14,7 %, yük avtomobili istehsalı isə 8,7 % azalıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir