Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 5 milyard 475,287 milyon manat təşkil edib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 25,7 % artaraq 1 milyard 705,395 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2,35 % azalaraq 3 milyard 569,867 milyon manat, aksizlər üzrə daxilolmalar 11,9 % azalaraq 164,521 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 2,8 % azalaraq 35,504 milyon manat olub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir