“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal quru yük gəmisinin tərsanə təmiri başa çatıb.
“İki sahil” ASCO-ya istinadla xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmir zamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalı işləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların, braşpillərin və şpillərin təmiri aparılıb.
Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yük anbarlarının qapaqları təmizlənib və rənglənib.
Gəminin rabitə və elektronaviqasiya sistemində də əsaslı işlər görülüb. Belə ki, mövcud radionaviqasiya avadanlıqlarının illik yoxlanışı, təmiri, tənzimlənməsi və sertifikatlaşdırılması ilə bərabər bir neçə yeni avadanlıqlar da quraşdırılıb.
Gəmi təmir başa çatdıqdan sonra müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
Təmirdən sonra “Şair Vaqif” gəmisinin ilk səfəri Ələtdən Aktau limanına olub.
Qeyd edək ki, uzunluğu 108,33 metr, eni 16,74 metr olan gəmi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir