Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli şəffaflaşdırılması müşahidə edilir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 470 minədək, o cümlədən qeyri-neft özəl sektorda 446 minədək artıb ki, bu da, əmək bazarının əhəmyyətli leqallaşdırılmasına dəlalət edir: "Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu ilin yanvarın 1-dən 2024-cü ilin noyabrın 1-dək 1,8 dəfə artaraq 795 min nəfər təşkil edir".
M. Cabbarov bildirib ki, 10 ayda ölkə iqtisadiyyatı 4,9 % artıb ki, bu da, qlobal iqtisadi artımla bağlı gözləntilərdən 1,7 faiz bəndi yüksəkdir.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir