Gələn il Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,19 % həddində olacağı proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixi olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 % ətrafında olacağı proqnozlaşdırılır.
Nazir bildirib ki, 2025-ci ildə ümumi daxili məhsulun nominal həcmi 129,2 milyard manat, qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun nominal həcmi isə 92,2 milyard manat səviyyəsində proqnozlaşdırılır:
“Neftin 2025-ci ildə 70 ABŞ dolları və 2026-2028-ci illərdə 65 ABŞ dolları proqnozlaşdırılan qiyməti də nəzərə alınmaqla, 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsulun 7 412 ABŞ dolları, 2028-ci ilin sonuna isə 8 522 ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur".
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir