Gələn il Azərbaycanın həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 270 milyon manat ayrılacaq.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Nazirin sözlərinə görə, 2025-ci ildə dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi və xarici fəaliyyətin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 754 milyon manat ayrılması planlaşdırılır: "Bu vəsaitin 238 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 205 milyon manatı isə Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və fəaliyyət xərclərinə yönəldiləcək".
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir