2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq.
“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.
"Son nəticədə bu gəlirlər büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edəcək", - deyə o qeyd edib.
Sədr həmçinin deyib ki, güzəşt və azadolmaların davamlı tətbiqi əlavə dəyərin artımını dəstəkləsə də, bu artımın büdcə gəlirlərinə birbaşa deyil, dolayı təsir edəcəyi gözlənilir: “2025-ci ildə güzəşt və azadolmalar üzrə büdcəyə hesablanmayan məbləğin də artacağı ehtimal olunur. Lakin bu göstəricinin gəlirlərə transformasiyasının təsiri yaxın perspektivdə tam özünü doğrultmaya bilər”.
O, gəlir proqnozlarının icrasında ciddi risklərin gözlənilmədiyini də vurğulayıb.
Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturunun inkişafına doğru mühüm addım
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək