"Azərbaycan Dəmir Yolları" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lərlə Çinin Sian Limanı ilə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Çinin Sian Beynəlxalq Liman İdarəetmə Komitəsinin Baş katibi Sun Yiminlə görüşdə baş tutub.
"Sevindiricidir ki, 24 noyabrda Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salındı", - deyə nazir qeyd edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir